Əlaqə Arxiv
news Image
2014.07.07
14:15
| A A A
TQDK iş nömrəsini və şifri unutmuş şəxslərə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında iştirak edəcək, lakin iş nömrəsini və şifri unutmuş şəxslərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən "Elektron ərizə vermək üçün ödəmə kartı" əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər. "Elektron ərizə vermək üçün ödəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.


 

Sizin Reklam Yeriniz