Əlaqə Arxiv
news Image
2014.07.07
14:22
| A A A
Qadının alt paltarından "tiryək" çıxdı
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsinin qarşısını alıblar. Movqe.az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə,  tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2; 126.2.4; 221.2.1; 221.2.2; 221.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı vətəndaş Zeynəb Arzuman qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş xalis çəkisi 4,590 qram olan narkotik vasitə "Tiryək" və xalis çəkisi 3,038 qram olan narkotik vasitə "Marixuana" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 
Sizin Reklam Yeriniz