Əlaqə Arxiv
news Image
2014.07.07
17:31
| A A A
İxtisas seçimi ləğv edildi

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan tələbələr üçün ixtisas seçimi ləğv edilib. Universitetdən Movqe.az-a verilən məlumata görə, məktəbin rektoru, professor Ədalət Muradov imtahan sessiyasının yekunu ilə bağlı qrup nümayəndələri, tələbələr və tədris bölmələrinin rəhbərinin iştirakı ilə görüş keçirib. Görüş zamanı imtahan sessiyasının təkmilləşdirilməsi istiqamətində tətbiq edilən dəyişikliklər barədə müzakirələr aparılıb, təkliflər dinlənilib. Universitet rektoru müraciətləri nəzərə alaraq ADİU-da ixtisas seçiminin ləğv edilməsi qərarını verib. Yekun qərara əsasən, ADİU-da təhsil alan tələbələr ixtisas seçimi prosesində istədikləri istiqaməti seçə biləcəklər.

Sizin Reklam Yeriniz