Əlaqə Arxiv
news Image
2014.07.07
17:36
| A A A
Tələbələrə əlavə təqaüdlər veriləcək

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında 500-600 bal toplayaraq müəllim ixtisasına qəbul olan və elektron ərizələrində müəllimlik ixtisasını I və II yerlərdə qeyd edən tələbələrə əlavə təqaüdlər veriləcək. Movqe.az-ın məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu təqaüdlərin ilkin mərhələdə 300 tələbəyə verilməsi nəzərdə tutulur. Təqaüdin məbləği 100 manat olacaq. Təqaüdlər tələbələrə Təhsil Nazirliyi tərəfindən veriləcək. Növbəti tədris ilindən ali məktəblərdə müəllimlik ixtısası üzrə təhsil alanlar üçün təcrübə müddətinin uzadılması da nəzərdə tutulur.

Sizin Reklam Yeriniz