Əlaqə Arxiv
news Image
2014.07.08
12:39
| A A A
Bakıda şadlıq evinə basqın
Şadlıq sarayından 6 min manat aparıblar

Ötən gecə Binəqədi şossesində yerləşən şadlıq saraylarının biri qarət olunub. 


Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, obyektin inzibatçısı Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.


Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən şəxs tutulub.


Belə ki, saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulublar.


Onlardan oğurladıqları pulun 1500 manat maddi sübut kimi götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz