Əlaqə Arxiv
news Image
2012.07.06
09:00
| A A A
ATƏT-in Minsk qrupu ölü təşkilatdır
“Dağlıq Qarabağ münaqişəsini onsuz da güclü Azərbaycan və onun güclü ordusu həll edəcək"

"Beynəlxalq hüququn işləyib-işləməməsindən asılı olmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini onsuz da güclü Azərbaycan və onun güclü ordusu həll edəcək". Bunu vitse-spiker Ziyafət Əsgərov NATO-nun Avropa və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşdə səsləndirib. Z.Əsgərov Dağlıq Qarabağ münaqişəsinin həllində NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, bunların kağız üzərində qaldığını ifadə edib: "Əgər NATO bu məsələni qaldırıbsa və Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycanı strateji müttəfiqi sayırsa, niyə bu məsələni həll etmir və dediklərinə əməl etmir". O deyib: "Azərbaycanın hava məkanı NATO üçün açıqdır. Bu gün Azərbaycan bütün beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Amma beynəlxalq təşkilatlar, o cümlədən NATO üçlü və dördlü standartlara yol verir. Ermənistan BMT-nin 4 qətnaməsinə əməl etmir və bütün təşkilatlar bu münaqişənin yalnız ATƏT-in Minsk qrupu tərəfindən tənzimləndiyini deyir. ATƏT-in Minsk qrupu ölü təşkilatdır və məhz bu səbəbdən münaqişə 20 ildir həll edilmir. Həmsədrlər ölkəyə turist kimi gəlib gedirlər. Beynəlxalq hüquq hamı üçün işləməlidir. Beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyət, kiçiklər üçünsə məhdudiyyətdir".

Sizin Reklam Yeriniz