Əlaqə Arxiv
news Image
2014.07.08
14:58
| A A A
Göygöldə sel bir nəfərin ölümünə səbəb olub

Göygöl rayonuna yağan güclü leysan bir nəfərin həyatına son qoyub. Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, rayonun dağlıq ərazisinə yağan güclü leysan Gəncə çayında suyun səviyyəsini artırıb. Nəticədə çayın Zurnabad kəndi istiqamətində olan keçidini su aparıb. Çayın kənarında olan iaşə obyektlərinə su dolub. Leysan nəticəsində çayın kənarında olan yeməkxanalardan birinin su ilə dolması nəticəsində orada mühafizəçi işləyən Topalhəsənli kənd sakini, 1942-ci il təvəllüdlü Hidayət Cəfərov boğularaq ölüb.

 

Bundan başqa, rayonun 6 yaşayış məntəqəsinə gedən elektrik dirəkləri aşıb və kəndlər enerjisiz qalıb. Həmçinin rayonun kənd təsərrüfatı və yol infrastrukturuna ciddi ziyan dəyib. Turani Əliyev, hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü bildirib.

 

Sizin Reklam Yeriniz