Əlaqə Arxiv
news Image
2014.07.08
15:56
| A A A
Nazirlikdən əliliyi olan şəxslərə şad xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək.


ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası cari il iyulun 23-də Qəbələ və Oğuz, iyulun 24-də Şəki və Qax, iyulun 25-də isə Zaqatala və Balakən rayonlarında olaraq, əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərəcək. 


Həmin rayonlar üzrə aşağı və yuxarı ətraf protezləri ilə təmin olunacaq ümumilikdə 132 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın qeydiyyatı aparılıb. Eyni zamanda, bu təbəqədən olan şəxslərin ayrı-ayrı reabilitasiya vasitələrinə olan ehtiyacı aradan qaldırılacaq. Tədbir qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına, onların bu məmulatlarla yerindəcə və daha operativ təmin olunmasına xidmət edir. 


Ötən ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmri ilə yaradılmış səyyar tibbi-texniki briqadalar indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına olan ehtiyaclarını aradan qaldırıblar. Ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib. Səyyar protez-ortopediya xidmətinin ölkənin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.


Sizin Reklam Yeriniz