news Image
2014.07.08
16:32
| A A A
Sülhməramlılarımız Əfqanıstana yola salınıb

30 nəfərdən ibarət qrupun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib

Bu gün Bakıdakı "N" saylı hərbi hissədə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyyə ediblər.


Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. 


Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs