news Image
2014.07.08
17:50
| A A A
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun üzvləri David Usupaşvili ilə görüşüblər

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun üzvləri Bakıda səfərdə olan Gürcüstan Parlamentinin sədri David Usupaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. movqe.az-ın məlumatına görə, görüşdə Azərbaycan tərəfindən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Qənirə Paşayeva və qrupun üzvləri Əhməd Vəliyev, Rasim Musabəyov və Əsabil Qasımov iştirak edib.

Görüşdə Q. Paşayeva və dostluq qrupun üzvləri bildiriblər ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu tərkibinə görə Milli Məclisin böyük parlamentlərarası dostluq qruplarından biridir: "Azərbaycan rəhbərliyi Gürcüstanla münasibətlərə böyük önəm verir. Eyni zamanda, Gürcüstan rəhbərliyinin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd etmək olar. Bu, bizim üçün böyük örnəkdir".

Vurğulanıb ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir.

Q. Paşayeva Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycanda yaşayan gürcülərin dövlətlərimiz arasında münasibətlərin inkişafında çox önəmli rol oynadıqlarını deyib.

Gürcüstan Parlamentinin sədri D.Usupaşvili isə deyib ki, Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir: "Biz bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsini istəyirik. Bütün əsas məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür".

Azərbaycan Prezidenti İlham Əliyevlə və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla yüksək səviyyədə görüş və müzakirələrinin olduğunu deyən Gürcüstan Parlamentinin sədri D.Usupaşvili parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da artırılması istiqamətində ikitərəfli səylərin daha da artacağını deyib.

Görüşün sonunda qonaqlara Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun adından Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı "Azərbaycan Həqiqətləri" filmlər kataloqu hədiyyə edilib.

Görüşdə Dağlıq Qarabağ münaqişənin tarixi kökləri, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, soyqırımları barədə sənədli filmlərin öz əksini tapdığı filmlər və kataloq barədə məlumat da verilib. D.Usupaşvili də Gürcüstan mədəniyyətini, tarixini özündə əks etdirən kitabları və materialları Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvlərinə hədiyyə edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs