news Image
2014.07.08
17:58
| A A A
Gənc jurnalistlərə fürsət – Yeni media məktəbi açılır

Azərbaycan Respublikasi Prezidenti yaninda Gənclər Fondunun dəstəyi ilə Azəri Gənclər Alyansi İctimai Birliyinin təşkilatçılığı ilə "Gənc Jurnalistlərin Yeni Media məktəbi" 15 iyuldan başlayaraq, 19 iyula qədər davam edəcək. Movqe.az xəbər verir ki, Gənc Jurnalistlərin Yeni Media məktəbində tanınmış və peşəkar jurnalistlər, media holdinq rəhbərləri və ekspertlər tərəfindən dərslər keçiriləcək. Yeni Media Məktəbinə gənc jurnalistlər, jurnalistika fakültəsində təhsil alan tələbələr, jurnalistika və yeni media ilə maraqlanan gənclərdəvətlidir.

Bu imkandan yararlanmaq istəyənlər azeriyouthalliance@gmail.com elektron ünvanına qisa tərcümeyi-hallarini(CV) göndərməlidir.

Müraciət ucun son tarix: 12.07.2014 saat 18:00

Qeyd: Yeni Media Məktəbinin iştirakçılarina sonda sertifikat təqdim olunacaq. İştirak ödənişsizdir və bütün gənclərə açıqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs