Əlaqə Arxiv
news Image
2014.07.09
10:59
| A A A
Prezident İlham Əliyev "ADA" Universitetinin Nizamnaməsi"ni təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev "ADA" Universitetinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; "ADA" Universitetinin fəaliyyət istiqamətlərinə uyğun olaraq informasiya texnologiyaları və mühəndislik üzrə tədrisin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; "ADA" Universiteti nəzdində eksperimental tipli məktəbəqədər və ümumi təhsil müəssisələrinin təşkili üçün bina tikilməsi, müasir təhsil infrastrukturunun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; "ADA" Universitetinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi "ADA" Universitetinin dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etməlidir.

Sizin Reklam Yeriniz