news Image
2014.07.09
11:51
| A A A
Dövlət himninin aranjmanı Rauf Əliyevə niyə tapşırıldı? - RƏSMİ AÇIQLAMA
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın dövlət himninin aranjman olunmasının bəstəkar Rauf Əliyevə tapşırılmasına aydınlıq gətirib

Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, himnin Rauf Əliyeva tapşırılmasında başqa məqsədlər, şübhəli məqamlar axtarmaq peşə etikasına ziddir: "Əvvəla, dövlət himninin aranjman olunması təkcə Rauf Əliyevə tapşırılmayıb. Bu prosesdə bir neçə bəstəkar iştirak edəcək və qərar verilməyib ki, son variant kimi Rauf Əliyevin işi qəbul olunacaq, ya yox. Bu iş bir neçə mərhələdən ibarətdir".


Z.Əliyeva himnin yenidən aranjman olunmasının hansı zərurətdən yarandığına da aydınlıq gətirib: "Heç bir iş mükəmməl deyil. Himnin daha gözəl və möhtəşəm səslənməsi üçün aranjman olunması məqbul bilinib. Demək istəyirəm ki, bu, yalnız bizim himnimizin daha əzəmətli səslənməsinə xidmət edən işdir və Üzeyir Hacıbəyovun əsərinə heç bir xələl gəlməyəcək".


Nazirlik rəsmisi bəstəkar R.Əliyevin işə cəlb olunmasını onun peşəkarlığı ilə əlaqələndirib: "Rauf Əliyev çox böyük mütəxəssisdir. Mədəniyyət və Turizm Nazirliyinin layihələrinə əvvəllər də cəlb olunub. Peşəkar mütəxəssisin ailəsində olan hansısa faktın məqsədli qabardılması onun peşəkarlığına kölgə sala bilməz".


Qeyd edək ki, Rauf Əliyevin həyat yoldaşının milliyyətcə erməni olması, qızı Röya Mirzəyevanın isə Ermənistandan sığınacaq istəməsi dövlət himninin aranjman olunmasının ona tapşırılması ətrafında ajiotaj yaradıb. Azərbaycan vətəndaşı Röya Rauf qızı Mirzəyeva (ilk həyat yoldaşının soyadını daşıyır) yanvarın 29-da həyat yoldaşı, 37 yaşlı Cavid Orucov və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Rauf Əliyev mətbuata açıqlamasında qızından imtina etdiyini bildirib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs