Əlaqə Arxiv
news Image
2014.07.09
17:24
| A A A
Şəmkirdə kişi həyat yoldaşının və özünün canına qıyıb

İyulun 8-i saat 16:00 radələrində Şəmkirin Aşağı Seyfəli kəndində dəhşətli qətl hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbəb verir ki, kənd sakini 33 yaşlı Seyfəddin Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 28 yaşlı Bəsti Zeynalovanı odlu silahla güllələyib.


Daha sonra Qarayev həmin silahla özünə atəş açıb. Bəsti Zeynalova aldığı güllə yarasından sonra hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı Seyfəddin Qarayev yaxınlarının köməkliyi ilə dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Baş vermiş hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin Reklam Yeriniz