news Image
2014.07.09
21:30
| A A A
Azərbaycana ayaqqabısında narkotik keçirmək istədi

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Norouzı Rad Mahdı Rahım oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun şalvarının kəmərlə kəmərbəndinin arasında gömrük nəzarətindən gizlədilmiş, sellofan paketdə qablaşdırılmış 14 ədəd fenobarbital adlı həb aşkar edilib.


Bundan sonra şəxsi yoxlama davam etdirilib və İran vətəndaşının ayaqqabısının hər bir tayından, ayaqqabısının tərliklərinin altından, hər tayda 3 büküm olmaqla, cəmi 6 bükümdə - 5 ədəd bükümdə ümumi xalis çəkisi 56,264 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə isə xalis çəkisi 5,110 qram olan metamfetamin aşkar olunub.


Qeyd edək ki, fenobarbital adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət olunan psixatrop maddələr"in III Siyahısına, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr"in I Siyahısına daxildir.


Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Saqiyev Əflan Əliövsət oğlu da saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun alt geyiminin altından, yapışqanlı lentlə bədəninə yapışdırılaraq gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan bükümdə xalis çəkisi 6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.


Hazırda hər iki fakt üzrə təhqiqat aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs