news Image
2014.07.09
17:46
| A A A
Daxili Qoşunların Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimi keçirib

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimi keçirib. Nazirliyin mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, iyulun 9-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə Döyüş Bayrağının təqdim olunmasına və Orta İxtisas Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr edilmiş təntənəli mərasim baş tutub.

Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.

Nazir, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların təkmilləşməsinə də böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə onun formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan peşəkar və mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb.

Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərir, ümumilikdə, Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Məhz dövlət başçısının tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Daxili işlər naziri Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd edib, şəxsi heyətin yüksək döyüş hazırlığına görə Daxili Qoşunların Komandanlığına minnətdarlığını bildirib.

Sonra məzunlara diplomlar təqdim olunub.

Tədbirin rəsmi hissəsi "Ali Hərbi Məktəbin marşı"nın sədaları altında şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs