news Image
2014.07.09
18:30
| A A A
Saxta Şollar satan tutuldu

Xırdalan şəhərində saxta bulaq suyu satan şəxs saxlanılıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi, 8-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsənli Ravil Elxan oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan qablaşdırılmış sular istehsal edildiyi müəyyən edilib.


Fiziki şəxs R.Həsənli tərəfindən 19 litrlik plastik qablara doldurulmuş suların müvafiq texnoloji sənəd olmadan istehsal edildiyi, mənşəyi məlum olmayan həmin suların üzərində onun guya Xaçmaz rayonu, Xudat şəhəri, Şollar kəndindən gətirilmiş bulaq suyu olduğu barədə yanlış məlumatlar verildiyi aşkarlanıb.


Eyni zamanda, məhsulun etiketində saxlanma müddəti heç bir normativ sənədə əsaslanmadan 3 ay göstərilib.


Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs R.Həsənli barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs