news Image
2014.07.10
09:20
| A A A
TQDK-dan son şans

Ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 10-dək davam edir. Bu barədə Movqe.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 2-də başlanıb və bu proses iyulun 10-da saat 23:59-da başa çatacaq. Qeyd edək ki, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi" yalnız təsdiq edildikdən sonra hüquqi əhəmiyyətə malik olur. Məlumat üçün qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs