Əlaqə Arxiv
news Image
2012.07.06
13:22
| A A A
Turistlərə xəbərdarlıq

Movqe.az xəbər verib ki, Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Abu Dabidy gedən turistlər üçün xüsusi  kontaktlar hazırlanıb. Kitabçada turistlərin geyinməsi lazım olan paltarlarla yanaşı cəmiyyət daxilində necə davranılması lazım olduğuna dair 14 maddə də yer alıb.  Fahişəlik, dilənçilik, spirt, tütün və narkotik kimi mövzularda da ziyarətçilərə xəbərdarlıqlar edilib. Ölkənin təhlükəsizlik idarəsi tərəfindən hazırlanan rəhbər otellərə, hava limanlarına və şəhərin turizm mərkəzlərinə paylanıb. Polis əməliyyatları rəhbəri Ömər Al Muhairi verdiyi müsahibədə məqsədlərinin turistlərin tətillərindən zövq alarkən bir tərəfdən də mədəniyyətlərinə hörmət göstərmələri olduğunu ifadə edib.

Sizin Reklam Yeriniz