Əlaqə Arxiv
news Image
2014.07.10
14:16
| A A A
AZAL-dan Bakıdakı təyyarə qəzası ilə bağlı açıqlama

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıda baş verən təyyarə qəzasının səbəbini açıqlayıb.


AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli "APA-Economics"ə bildirib ki, bu gün Bakıda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Cessna 172 F" birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib.

 

Onun sözlərinə görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb: "Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb".


Sizin Reklam Yeriniz