news Image
2014.07.10
18:00
| A A A
Miqrantlardan Azərbaycana QİÇS təhlükəsi

"Azərbaycandan Rusiya, Ukrayna kimi ölkələrə əməkçi miqrant kimi gedən azərbaycanlıların ölkəmizdə cinsi yolla QİÇS-ə yoluxma statistikasının böyüməsində "payı"var. Onlar bu ölkələrdə QİÇS-ə yoluxaraq Azərbaycana qayıtdıqdan sonra bu xəstəliyi öz həyat yoldaşlarına da yoluxdururlar". 

Bu sözləri Movqe.az-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova söyləyib.  E. Alməmmədova bildirib ki, miqrantlar vasitəsilə bu təhlükəli xəstəliyin yayılmasının qarşısının alıması məqsədilə marifləndirmə aparılmalı, onlara prezervativlərdən istifadə ilə bağlı bilgilər verilməlidir: "Ötən il biz Beynəlxalq Avtovağzalda bu barədə məlumatlandırıcı tablolar vurmuşduq".

E. Alməmmədova bildirib ki, cinsi yolla QİÇS-in yoluxmalarda artımın baş verməsi bu xəstəliyə mübtəla olanların öz həyat yoldaşlarını və cinsi partnyorlarını bu virusla yoluxdurmasıdır:

Qeyd edək ki, 2014-cü ilin I rübünün sonuna olan statistik məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4444 nəfər rəsmi qeydiyyata götürülüb.Onlardan 4289 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 155 nəfəri (3,5%) isə əcnəbidir. İİV-ə yoluxmuş vətəndaşlardan 3319-u (77,4%) kişi, 970-i (22,6%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1361 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1340 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 596 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 588 nəfər olub. İİV-ə yoluxması təsdiq olunmuş 4289 Azərbaycan vətəndaşından 2435-də (56,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1391-də (32,4%) heteroseksual, 55-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 71-də (1,7%) anadan uşağa keçməklə olub. 337 nəfərdə (7,8%) yoluxma yolu naməlumdur.

Azərbaycan vətəndaşında ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2014-cü ilin I rübünün sonunadək 4289 İİV-ə yoluxmuş insandan 1117-si (26,0%) Bakı şəhəri və Abşeron rayonunda, 2737-si (73,2%) respublikanın digər 57 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 34 nəfərin (0,8%) isə yaşayış yeri naməlumdur. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs