Əlaqə Arxiv
news Image
2014.07.11
10:56
| A A A
20 yaşlı qız nişanı günü itkin düşdü

Zaqatalada 20 yaşlı qız özünün nişanı günü evdən nəməlum istiqamətə gedərək bir daha geri dönməyib. APA TV-nin  məlumatına görə, 1994-cü il təvəllüdlü, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Osmanova Əsmər Mübariz qızı 27 iyun tarixində səhər saatlarında evdən işə, ordan isə gözəllik salonuna getmək adı ilə çıxaraq, bir daha geri qayıtmayıb. Əsmər Osmanovanın ailə üzvülərinin APA TV-yə  verdiyi məlumata görə, həmin gün Əsmərin nişan mərasiminə hazırlaşırdılar. Valideynlərinin sözlərinə görə, Əsmər Osmanova nişanlanacağı gənci sevirmiş.

 

Övladlarının taleyindən narahat olan ailə elə həmin gün qızlarının itkin düşmələri barədə yazılı şəkildə Rayon Polis Şöbəsinə müraciət edib.

 

 20 yaşlı qızın itkin düşməsi ilə bağlı Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, iyunun 27-dən Əsmər Osmanovanın yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat- axtarış qurupu yaradılıb. Hazırda axtarış tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz