news Image
2014.07.11
15:00
| A A A
Bələdiyyə işçiləri külli miqadarda pul mənimsəməkdə ittiham edilirlər

Vəzifəlilər 14 min 278 manatı mənimsənilmədə ittiham edilirlər

Baş Prokurorluq külli miqdarda mənimsəmə faktı ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.


Araşdırmalar zamanı Beyləqan rayonunun Şərq qəsəbəsi, Allahyarlı, Bolsulu və Eyvazalılar kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılmış 14 min 278 manat pul vəsaitinin mənimsənilməsində və israf olunmasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.


Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs