Əlaqə Arxiv
news Image
2014.07.12
15:01
| A A A
Bakıda qadınla kişi yol qəzasının qurbanı oldu
Bu gecə Bakıda iki piyada yol qəzasının qurbanı olub. Movqe.az xəbər verir ki , Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, saat 00:36-da Bakı-Şamaxı yolunun 35-ci kilometrliyində 40 yaşlı Cavad Ağayevi maşın vurub. Piyada hadisə yerində ölüb.

Digər yol qəzası isə Zabrat qəsəbəsi istiqamətində olan yolda, "Sabunçu dairəsi" adlanan ərazidə baş verib. Səhər saat 06:00 radələrində 56 yaşında Könül Hüseynova minik maşını tərəfindən vurulub. Qadın ağır yaralanıb. Lakin həkimlər hadisə yerinə çatana kimi qadın dünyasını dəyişib.

Qadını vuran avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz