Əlaqə Arxiv
news Image
2014.07.12
23:00
| A A A
Yaponiyada güclü zəlzələ: təhlükə gözlənilir
"Gündoğan ölkə"də güclü zəlzələ baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Yaponiya Meteoroloji xidməti agentliyi paytaxt Tokionun şimal-şərqindəki Fukuşimada zəlzələ qeydə alındığını bildirib.

6,8 bal gücündə, yerin 10 kilometr dərinliyində meydana gələn zəlzələdən sonra agentlik tərəfindən sunami xəbərdarlığı edilib. Yapon dövlət televiziyası "NHK" bunun Fukuşimakı "Dai-içi" nüvə enerji stansiyasının zərər görmə ehtimalının olması səbəbiylə edildiyini qeyd edib. Nüvə stansiya ətrafındakı şəhərlərdə yaşayan 100 min adam təxliyyə edilib.

Xatırladaq ki, 2011-ci il martın 11-də həmin prefektura baş verən zəlzələ və daha sonra meydana gələn sunamidə də 19 min adam dünyasını dəyişmişdi. Bu qədər insanın ölümünə səbəb isə təbii fəlakətin nüvə enerji stansiyasında sızma yaratması nəticəsində olmuşdu. Bu insan itkisi Çernobildən 25 il sonra dünyanın ən böyük ikinci nüvə fəlakəti olaraq tarixə düşüb.
Sizin Reklam Yeriniz