news Image
2014.07.12
23:09
| A A A
Erməni KİV: Azərbaycan kəşfiyyyatı erməni zabiti öldürüb
Azərbaycan diversant qrupunun üzvləri Dağlıq Qarabağda erməni zabiti öldürüb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan açıqlama verib.

Onun sözlərinə görə, Kəlbəcərdə Azərbaycan diversiya qrupu ilə erməni əsgərlər arasında atışma olub. Nəticədə bir erməni zabiti məhv edilib, bir qadın isə yaralanıb.

Atışma zamanı Azərbaycan diversiya qrupunun üzvü öldürüldüyü bildirilir.

Azərbaycan Müdafiə Nazirliyindən erməni iddiasına cavab almaq mümkün olmayıb.