Əlaqə Arxiv
news Image
2014.07.13
12:00
| A A A
“Yaxşı oynasa, Rihanna onun olacaq”
Argentinalı qapıçısı Serxio Romero Dünya Çempionatını qazanacaqları halda böyük bir mükafatın sahibi olacaq.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Argentinanın Hollandiya ilə baş tutan qarşılaşmasında saxladığı penaltilərlə komandasını finala çıxaran Romeroya arvadı tərəfindən maraqlı təklif edilib. Belə ki, təcrübəli qolkiperin arvadı Eliana Queriso Argentinanın kuboku qazanacağı halda, ərinin məşhur müğənni Rihanna ilə bir həftə birlikdə olması üçün şərait yaradacağını vəd edib. Onun bu sözləri sosial şəbəkədə əks-səda doğurub.

Bu açıqlamadan sonra Rihannanın ötən oyunda penalti atışları zamanı Romero barədə yazdığı tviti silməsi də diqqət çəkib.

Barbadoslu məşhur müğənnin mövzu ilə bağlı hər hansısa bir açıqlama verib-verməyəcəyi maraqlı olaraq qalır.

Sizin Reklam Yeriniz