Əlaqə Arxiv
news Image
2012.07.06
16:52
| A A A
Bu gün Beynəlxalq Öpüş Günüdür!
Movqe.Az bildirir ki, 6 iyul Ümümdünya Öpüş Günü kimi qeyd olunur. Bu gün ilk dəfə Böyük Britaniyada qeyd olunub. Hələ qədimdə insanlar nəfəsdə ruhun saxlanıldığını  və öpüşən zaman ruhların birləşməsinin baş verdiyini düşünürdülər. Ona görə də buna "Ruhların toyu" deyirdilər.

Ekranda ilk öpüş 1896-cı ildə Tomas Edissonun "öpüş" adlı video rolikində göstərilib. Kino tarixində ən uzun öpüş "You're in the Army Now" filmində 185 saniyəlik kadr olub. Bu da filmin 4%-ni təşkil edib.

Ümumdünya Öpüş Günündə bir çox ölkələrdə müxtəlif müsabiqələr keçirilir. "Ən uzun öpüş", "Ən gözəl öpüş" və s. Minlərlə insan bu müsabiqələrdə iştirak edir. Ən uzun öpüş rekordu 2012-ci ilin fevral ayında Tailandda qeydə alınıb. Həmin öpüşün müddəti 50 saat 25 dəqiqə 1 saniyə olub.

Öpüşün faydaları:

1) Hər səhər həyat yoldaşını öpərək yola salan insanlar digərlərinə nisbətlə 5 il daha çox yaşayır.

2) Öpüşmək və öpmək öz güvən üçün imtina edilməz bir yoldu. Özünüzü xoşbəxt və ruhən dinc hiss etmək üçün yalnız öpüşün.

3) Öpüşmək kalorini azaltmağa köməkçi olur, hər dəqiqə də 2-3 kalori yandırılır və maddələr mübadiləsi sürəti iki qat çox olur. Aparılann araşdırmalara görə, gündə 3 dəfə öpüşdükdə (ən az 20 saniyə boyunca) bir gündə 200-300 qr itirmiş olacaqsınız. Elə isə öpüş diyetinə başlaya bilərsiniz.

4) Öpüşmək bədəndəki bütün stressi götürür, gərginliyi azaldır və özünüzü yaxşı hiss etmənizi təmin edir. Tibbi araşdırmalara görə öpüşmək stress hormonu olan "kortisol"un ifraz olunmasını azaldır.

5) Öpüş zamanı üzdə olan 30 əzələ çalışır. Üz əzələləriniz elastiklik qazanır və sallanan yanaqların dərmanı öpüşməkdir. Öpüşmə zamanı qan axışı sürətlənəcəyindən yaşlılıq əlamətləri də erkən yaşda ortaya çıxmayacaq.


Öpüş haqqında maraqlı faktlar:

1).1981-ci ildən öpüşün araşdırılması ilə BMT-nin Ümumdunya Sağlamliq Komitəsi məşqul olur 

2).Öpüsmək üzrə rekord amerikalı A.E.Volframa məxsusdur.O 8 saat ərzində 8001 adamı öpmüşdür.Maraqlıdır ki, o bu qəgər öpüşmək istəyən insanı necə tapmışdlr. 

3).Insanın dodaqları barmaqlarının ucundan 100 dəfə hessasdir. 

4).Öpüş zamanı bir insandan digərinə 278 bakteriya keçir,xosbəxtlikdən onların 95 % i zərərsizdir. 

5).Oglanlar 10 yaşından öpüşməyə başlayırlar. 

6).Heyvanlar arasında şimpanzenin öpüşü insan öpüşünə daha çox bənzəyir. 

7).Orta əsrlərdə Italiyada cəmiyyət qarşısında qadını öpən kişi mütləq onunla evlənməli idi.

8).1979-cu ildə Devid Boun insan kimliyini təyin etmək üçün dodaqların izini çıxaran 'LIPOQRAF" adlı cihaz icad edib. 

9).Yaponiyada insan qarşısında öpüşmək ədəbsizlik hesab olunur. 

10).Statistikaya əsasən insan ömrünün yalnız 2 həftəsini öpüşə sərf edir. 

11).Öpüş prosesinin elmi adi filematalogiyadır. 

12).Hindlilərin fikrincə öpüş zamanı insanların ruhu və gücü birbirlərini keçir. 

13).Əksər kişilərin öpmək arzusunda olduğu qadın Ancelina Colidir. 

14).Aparılan tədqiqatlar sübut edir ki, iş gedərken həyat yoldaşını öpən kişilər bunu etməyənlərə nisbətən daha çox pul qazanırlar.

Sizin Reklam Yeriniz