news Image
2014.07.13
19:14
| A A A
Türkiyədən Fələstinə milyonluq yardım
Türkiyə Fələstinə humanitar yardım edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilk etapda Fələstinə 1 milyon dollar məbləğində ərzaq və digər vəsaitlər göndərib.

Türkiyə hökuməti ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatı da Fələstinə yardım edib. Bölgə xalqının təcili dərman ehtiyacının qarşılanması üçün Ümumdünya Səhiyyə Təşkilatının Fələstin Ofisinə 1,5 milyon dollar məbləğində vəsait köçürülüb.

Türkiyə Qızıl Aypara Cəmiyyəti də Fələstindəki son hadisələrə biganə qalmayıb. Qurum 2 min ailəyə qida göndərmək üçün hərəkətə keçib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs