Əlaqə Arxiv
news Image
2014.07.14
11:47
| A A A
Millət vəkili Ağrı dağın zirvəsində

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ağrı dağın zirvəsinə çıxıb. Movqe.az-ın məlumatına görə, millət vəkili bu addımını 14  iyul - ümummilli lider Heydər Əliyevin siyasətə gəlişinin 45 illiyinə həsr edib. Millət vəkili ilə zirvəyə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədr, "EkoAvrasiya" dərgisinin baş redaktoru Hikmet Eren çıxıb.  

"Ulu öndər Türkiyə-Azərbaycan əlaqələrinə, Türk dünyasının birliyinə xüsusi önəm verirdi.  Belə bir gündə ulu öndərin xatirəsini əziz tutub zirvəyə çıxdıq. Çünki, o türk dünyasının güclənməsinin memarlarından sayılır. Ağrı dağ Türk dünyasının birlik və həmrəylik rəmzidir. Üstəlik, bu dağın türk dünyası üçün xüsusi önəmi var. Yüz ildən çoxdur ki, ermənilər bu dağa iddia irəli sürürlər. Bir neçə il bundan öncə Ermənistan prezidenti Serj Sərkisyanın erməni gənclərinə bu dağı almağı tövsiyəsinə ən yaxşı cavabı prezident İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla görüşündə vermişdi. Prezidentin ermənilərin bu addımını onların işğalçılıq mahiyyətini ortaya qoyduğunu qeyd etməsi işğalçı dövlətin başçısına tutarlı cavab idi",-deyə millət vəkili əlavə edib.

Sizin Reklam Yeriniz