Əlaqə Arxiv
news Image
2014.07.14
11:56
| A A A
Dayı həbsxanadakı bacısı oğlu üçün "tiryəkli dolma" gətirdi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları cəzaçəkmə müəssisəsinə tiryək keçirilməsinin qrşısını alıb. Movqe.az-ın  qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Fərəc Ədalət oğlu Muradova dayısı İlham Mürşüd oğlu Bayramovun gətirdiyi sovqata baxış keçirilən zaman, plastmas qabda olan kələm dolmasının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 14.663 qram olan narkotik vasitə - "Tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Sizin Reklam Yeriniz