Əlaqə Arxiv
news Image
2014.07.14
13:17
| A A A
Türkiyə və Dubayda cinsi istismar olunan 4 azərbaycanlı qadın QİCS-ə yoluxub
Mehriban Zeynalova: "Miqrant ailələri arasında da bu təhlükəli virusa yoluxma hallarının artır"Mehriban Zeynalova: "Miqrant ailələri arasında da bu təhlükəli virusa yoluxma hallarının artır" İnsan alveri qurbanları arasında Azərbaycanlı qadınlardan Türkiyə və Dubaya gedən 4 qadında  QİCS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyi aşkarlanıb. Bu barədə Movqe.az-a "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. M. Zeynalovanın sözlərinə görə, 10 il ərzində 4 belə fakt üzə çıxıb. Birlik sədri bildirib ki, qanun və beynəlxalq konvensiyalar insan alveri qurbanlarına bu xidmətdən bəhrələnməyi tövsiyyə edir. M. Zeynalova həmin qadınların bu xəstəliyə hansı ölkədə yoluxduğunu müəyyənləşdirməyin mümkünsüz olduğunu söyləyib. Onun sözlərinə görə, onlar tibbi müayinəyə göndərilərkən bu fakt üzə çıxıb və məlum olub ki, həmin qadınlar Dubay və Türkiyədə cinsi istismar olunub.  M. Zeynalova miqrant ailələri arasında da bu təhlükəli virusa yoluxma hallarının artdığını bildirib: "Bu yaxınlarda bizə bir nəfər müraciət etmişdi. Qadın evdar olsa da, əri tərəfindən bu xəstəliyə yoluxdurulmuşdu. Ümumiyyətlə, bu qrup öyrənilməmiş qalır. Bəzən streotiplər miqrant ailələrində qadının kişidən icazəsiz müayinə olunmasına mane olur".
Sizin Reklam Yeriniz