news Image
2014.07.14
12:19
| A A A
Dostuna imtahanda dəstək olmaq istəyən oğlan hasardan yıxıldı-BAKIDA

Bakıda keçirilən imtahan zamanı 11 nəfər təcili yardıma müraciət edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın Movqe.az-a verdiyi məlumata görə, iyul ayının 12-də keçirilən imtahan zamanı ümumilikdə 11 nəfərin halı pisləşib. Müraciət edənlərdən 5-i abuturiyent, 5-i isə valideyn olub:"Bundan başqa, 1 nəfər oğlan dostunun imtahan verdiyi ali məktəb binasının, BDU-nun hasarından aşaraq, içəri keçmək istəyib. Lakin oğlan yıxılıb və ayağını sındırıb. Onu xəstəxanaya yerləşdirmişik. Digər şəxslərə isə yerində tibbi yardım göstərilib".

Z. Vahidova ümumilikdə yay başlayandan günvurma ilə bağlı 18 müraciətin olduğunu, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini söyləyib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs