news Image
2014.07.14
17:05
| A A A
Azərbaycanlılar Rusiyadan deportasiya edildi

Əliyev soyadlı şəxs polisə müraciət edərək ölkəsinə göndərilməsini istəyib

İki Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edilib. Rusiya mətbuatının yaydığı məlumata görə, Novoqorod vilayətində 4 nəfər ölkədən çıxarılaraq Minsk, Kiyev və Bakıya göndərilib. 


Azərbaycana göndərilən iki nəfərdən biri qadın, digəri isə kişidir. Onlardan biri - Əliyev soyadlı şəxs özü polisə müraciət edib. O, bunu maliyyə çatışmazlığı ilə izah edib. 


Bu ilin mart ayında o həbsxanadan azad edilib. İşləyib, pul qazanmağa çalışsa da alınmayıb. 

Azərbaycanda onun anası və bacısı var. 


Rusiyadan çıxarılan digər qadın haqqında isə heç bir məlumat açıqlanmayıb. 


Deportasiya edilənlərdən biri Belarus, digəri isə Ukrayna vətəndaşı olublar. Onlarda son bir necə ili Rusiya ərazisində qanunsuz olaraq məskunlaşıblar. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs