news Image
2014.07.14
18:38
| A A A
Bakı dairəvi yolunda təmir işləri yekunlaşır

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaxın bir neçə ayda Bakı dairəvi Yolunda təmir işlərini başa çatdırmağı planlaşdırır.Movqe.az-ın məlumatına görə, bu barədə Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.Onun sözlərinə görə, əvvəlcə təmir işlərinin avtomobillərin hərəkətini qismən məhdudlaşdırmaqla aparılması planlaşdırılmışdı. Lakin təcrübəsiz sürücülərin günahı üzündən burada bir neçə yol-nəqliyyat hadisəsi baş verdi və Qazax-Astara istiqamətində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması qərara alındı. Bununla yanaşı, Mürsəliyev qeyd edib ki, sürücülər "Sədərək" Ticarət Mərkəzinin daxili yolunda 0,5 manat həcmində yol haqqı ödənişinin lazım gəlməsindən şikayətlənirlər: "Sürücülərin şikayətlənməyə haqqı yoxdur, çünki burada alternativ Xocasən-Lökbatan yolu mövcuddur. Bu yoldan istifadə edilərsə, "Sədərək" Ticarət Mərkəzinin əraizindəki yoldan keçməyə ehtiyac yoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs