Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
73 nəfər imtahanda uğur qazandı
 
 
news Image
2014.07.15
10:20
| A A A
73 nəfər imtahanda uğur qazandı

Prokurorluq orqanlarına işə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub. Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə müvafiq olaraq prokurorluq orqanlarında mövcud vakant vəzifələrin aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilməklə, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə və "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na uyğun olaraq elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.

Yazılı imtahanda müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genproseсutor.gov.az) və Qəbul otağında yerləşdirilib.

Müsabiqənin bu mərhələsində uğur əldə etmiş 73 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən, Azərbayсan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 16 iyul 2014-cü il tarixdən tibbi müayinədən keçib sağlamlığı barədə müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəсək və növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinəyə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Əlavə məlumatı 437-28-56, 492-62-23 və 492-39-95 nömrəli telefonlarla almaq olar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs