news Image
2014.07.15
11:25
| A A A
Metroda faciə: 50 yaralı
Moskva metrosunda qatar relsdən çıxıb

Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində metroda dəhşətli faciə baş verib. 


Metronun "Slavyan bulvarı"stansiyasında qatar relsdən çıxıb.

Baş verən qəzada 50 nəfərdən çox insan xəsarət alıb. Məlumat daxil olan kimi hadisə yerinə çoxlu sayda təcili yardım, xilasedicilrə və hüquq-mühafizə orqanları cəlb olunub.


Qeyd edək ki, qəzaya uğrayan qarat "Kiyevski" - "Gənclik" (Молодежная) stansiyası istiqamətində hərəkət edirmiş. Məlumat daxil olan kimi polis "Slavyan bulvarı" stansiyası ətrafını mühasirəyə alıb. Qəzadan sonra həmin istiqamətlərdə metronun faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən də, "Kiyevski" - "Gənclik" (Молодежная) stansiyası istiqamətində 66 avtobus xidmtə göstərir.


Hadisə nəticəsində yaralananların bəzilərinin vəziyyəti olduqca ağırdı. Onların həyatda qalmalarına ümid olduqca azdır.


Faktla bağlı araşdırmalara başlanılıb.

(Anspress)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs