news Image
2014.07.15
14:00
| A A A
“Sovetski” sakinləri üçün bina tikiləcək

Köçürülən "Sovetski" sakinləri üçün Bakıda yeni bina inşa olunacaq.  Movqe.az APA-ya istinadən verdiyi məlumata görə, binanı inşa edəcək şirkətin rəsmilərinin bu gün keçirdikləri mətbuat konfransında "Sovetskaya Kooperativi" layihəsi təqdim edilib. Mətbuat konfransında bildirilib ki, yaşayış binası 16 mərtəbəli, 9 blok və hər blokda 90 mənzildən (ümumilikdə 810 mənzil) ibarət olacaq. Mənzilin bir kvadrat metri 380 manat təşkil edəcək. Bildirilib ki, binanın Ukrayna dairəsi, Gəncə prospektində inşa edilməsi nəzərdə tutulur. Ümumi "Pay Fondu" yaradılacaq, sakinlərlə müqavilə imzalanacaq və 50 faiz ödəniş etdikdən sonra mənzil sahibinin adına sənədləşdiriləcək. Artıq layihənin hazırlıq dövrü bitib. Binanın tikintisinin 18 aya yekunlaşması nəzərdə tutulur. Mənzillər sakinlərə təmirsiz şəkildə təqdim olunacaq. Hələlik sakinlərdən ərizələr yığılır. Artıq binada mənzil almaq istəyən sakinlərin 50 faizdən çoxundan ərizə toplanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs