news Image
2014.07.15
16:30
| A A A
Bakıda avtomobillərin parklanma qiyməti müəyyənləşib
“Hazırda Bakıda quraşdırılan parkomatların sayı 178-ə çatıb”

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib.

 

Onun sözlərinə görə, müvəqqəti dayanacaqlarda parkomatlar vasitəsilə ödənişlər əsasən 3 zona üzrə müəyyənləşib və burada qiymətlər zonalar üzrə dəyişir: "1-ci zonada müvəqqəti dayanacaqdan istifadə müddətinin saatı 1 manat, 2-ci zonada 50 qəpik, 3-cü zona üzrə isə 30 qəpik təşkil edir. Avtomobillərin hərəkətindən asılı olaraq bəzi küçələrdə bu qiymət 20 qəpik müəyyənləşib. Yəni təxminən "İçərişəhər", Nizami küçəsi mərkəz sayıldığından, orda qiymətlər 1 manat olacaq. Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığı, "Yasamal", "Gənclik" 2-ci zonaya aiddir. Qalan ərazilər isə mərkəzdən kənar olduğundan, 3-cü zona sayılır".

 

H.Abdullayev onu da əlavə edib ki, şəhər mərkəzində bir parkomat ərazisində müvəqqəti dayanacaqdan istifadə limiti 4 saatdır: "Bəzi ərazilərdə isə limitsiz olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs