news Image
2014.07.16
11:50
| A A A
DSX tərəfindən 15 tondan çox narkotik xassəli çətənə kolları məhv edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən tədbirlər çərçivəsində 15 tondan çox narkotik xassəli çətənə kolları məhv edilib.


DSX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 25-də Zaqatala rayonunun Muğanlı kəndinin Qaraçay çayı yaxınlığında ümumi çəkisi 5 ton 950 kiloqram olan 3966 ədəd, iyulun 11-də Zaqatala rayonunun Ağdamkələl kəndi istiqamətində Dindi dağı yaxınlığında ümumi çəkisi 10 ton 680 kiloqram olan 8900 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub.

Zaqatala rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəliyinin, Zaqatala Rayon Polis Şöbəsinin və DSX əməkdaşlarının iştirakı ilə narkotik xassəli çətənə kolları yandırma üsulu ilə məhv edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs