Əlaqə Arxiv
news Image
2014.07.16
13:31
| A A A
Azərbaycanda daha 3 nəfər çimərkən suda boğulub

Azərbaycanda daha 3 nəfər çimərkən suda boğulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, iyulun 15-də Bakı şəhər sakinləri Emin Axundov Göradil çimərliyində, Vitaliy Zinovyev Duzlu göldə, Ucar rayon sakini Güllər Salmanova Sumqayıtda, H.Zeynalabdin qəsəbəsinin ərazisində dənizdə çimərkən boğulublar.

Onların meyitləri sudan çıxarılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətindən (DSXX) Trend-ə verilən məlumata görə, bu il iyulun 15-dək ölkədə qeyri-çimərlik ərazilərində 18 nəfərin suda boğulması faktı baş verib.

Sizin Reklam Yeriniz