news Image
2012.07.07
08:20
| A A A
Elmar Məmmədyarovdan qəti tələb
Nazir beynəlxalq qanunvericiliyə uyğun olaraq İranda saxlanılan həmvətənlərimiz ilə Azərbaycan konsulunun görüşünün təşkil edilməsini istəyib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını diqqətə çatdırıb və Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə beş Nota təqdim etməsinə baxmayaraq, qarşı tərəfin yalnız qısa və natamam cavab verdiyini xatırladıb.

Nazir beynəlxalq qanunvericiliyə, o cümlədən Vyana Konvensiyasına uyğun olaraq saxlanılan həmvətənlərimiz ilə Azərbaycan konsulunun görüşünün təşkil edilməsini tələb edib və İran tərəfinin bu məsələ ilə bağlı atacağı addımların iki qonşu dövlət arasında qarşılıqlı dostluq münasibətlərinin ruhuna uyğun olacağına ümidvarlığını bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs