news Image
2014.07.16
15:45
| A A A
Moskva metrosunda qəzaya görə iki nəfər tutulub

Moskva metrosundakı qəzada şübhəli bilinən iki nəfər saxlanılıb.


APA-nın Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunlar "Moskva metropoliteni" yol xidmətinin əməkdaşı Valeri Başkatov və onun köməkçisi Yuri Qordovdur.

 

İstintaqın versiyasına əsasən, həmin şəxslər 2014-cü ilin mayında "Park Pobedı" – "Slavyanski bulvar" stansiyaları arasında qatarları istiqamətləndirən mexanizmin qurulması ilə bağlı aparılan işlər zamanı səhlənkarlığa yol veriblər. Onlar bu işlərə nəzarət ediblər.

 

Artıq saxlanılan şəxslərin ifadələri alınıb. Yaxın vaxtlarda onlara qarşı ittihamlar irəli sürüləcək.

 

Rusiya İstintaq Komitəsi icraçılarla yanaşı rəhbər şəxləri də məsuliyyətə cəlb etməyi planlaşdırır.

 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs