news Image
2014.07.16
15:53
| A A A
Torontoda Azərbaycanın Beynəlxalq Lions Club Assosiasiyasına qoşulması münasibətilə təqdimat keçirilib

4-9 İyul, 2014-cü ildə tarixlərində Kanadanın Toronto şəhərində Beynəlxalq Lions Club Assosiasiyasının illik konvensiyasında Bakı Lions Klubunun bu təşkilata qoşulması münasibəti  ilə xüsusi təqdimat keçirilib. Təqdimatda dünyanın əksər ölkələrindən olan 20 minə yaxın konvensiya iştirakçılarının qarşısında Azərbaycan dövlət bayrağı dalğalandırılıb və Azərbaycan Assosiasiyaya qoşulan  209-cu ölkə kimi qeyd edilib. Bakı Lions Klubunun prezidenti Tural Abbasov və klubun üzvlük üzrə komitəsinin sədri Ülkər Piriyeva konvensiyada iştirak etmiş və Beynəlxalq Assosiasiyanın prezidenti Barry Palmer, vitse-prezident Joe Preston və assosiasiyanın digər liderləri ilə görüşlər keçirmişlər. 

Görüşlərdə yeni yaranmış Bakı Lions Klubu-nun inkişaf perspektivləri və müxtəlif layihəhələrdə birgə əməkdaşlıq barəsində ilkin razılıq əldə edilmişdir. Bakı Lions Klubnun prezidenti Tural Abbasov Fransanın Lyon şəhərində yerləşən Lions Klub təşkilatı ilə birgə layihə həyata keçirmək üçün razılığa gəlmişlər.

Artıq bir əsrə yaxındır ki, dünyada humanitar ehtiyacların qarşılanması üçün fəaliyyət göstərən Beynəlxalq Lions Klub Assosiasiyası bir xidmət təşkilatı kimi humanitar yardım, ətraf mühit, təbii fəlakətlərin ortadan qaldırılması və digər yerli ehtiyaclara kömək etmək üçün könüllüləri bir araya gətirən, dünyada 146, 000 yerli təşkilatlardan, 1, 35 milyon üzvü olan dünyanın ən böyük könüllü təşkilatıdır.  Assosiasiya Birləşmiş Millətlər Təşkilatının yaranmasında yaxından iştirak edən azsaylı beynəlxalq assosiasiyalardan biridir. Xatırladaq ki, Beynəlxalq Lions Klub Assosiasiyası Qafqazda, keçmiş post-Sovet məkanında və Türkiyədə geniş şəbəkəyə malikdir.  Azərbaycan isə Bakı Lions Klubun timsalında bu təşkilata 4 İyun 2014-cü ildə qoşulmuşdur. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs