news Image
2014.07.17
09:45
| A A A
Bu gündən I və IV ixtisas qrupları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Bu gündən Azərbaycanda I və IV ixtisas qrupları üzrə ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb (http://tqdk.gov.az/exam/special-exam/).

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən xəbərə görə, bu imtahanlar 10 gün müddətində - iyulun 27-dək davam edəcək.


Ali təhsil müəssisələrinə ərizə qəbulu mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qrafik üzrə seçmə turlar keçirilib. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılıb və yoxlamadan müvəffəqiyyətlə keçənlər qabiliyyət imtahanlarında iştirak etmək üçün internet vasitəsilə qeydiyyata alınıblar. Müvafiq qrupların test imtahanı nəticəsində müsabiqə şərtini ödəmiş abituriyentlər onlar üçün müəyyənləşdirilmiş vaxtda qabiliyyət imtahanı verəcəklər. 


Bu ildən etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarının gedişi videolentə alınacaq. 


Qeyd edək ki, qəbul qaydalarına əsasən, abituriyentlərə qabiliyyət ixtisasları ilə yanaşı, müsabiqə şərtlərini ödədikləri halda digər ixtisasları seçmək imkanı verilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs