Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər qüvvəyə minib
APA-nın məlumatına görə, qanuna əlavə
edilmiş maddəyə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə
icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi,
hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının
qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın
mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və
digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və
qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Qeyd edək ki, "İnformasiya əldə etmək haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun Milli Məclisin bu il iyunun 12-də keçirilmiş iclasında qəbul edilib.
Qeyd edək ki, "İnformasiya əldə etmək haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun Milli Məclisin bu il iyunun 12-də keçirilmiş iclasında qəbul edilib.