news Image
2012.07.07
17:02
| A A A
Rusiya Dövlət Dumasının sədri bu gün Azərbaycana gəlir
Bu gün Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfərə gəlir.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səfər zamanı parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunacaq. 

İyulun 9-na qədər davam edəcək səfər sırasında S. Narışkin Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşəcək. 

Qonağın Heydər Əliyev Fonduna baş çəkməsi, Bakı Slavyan Universitetində çıxışı və Moskva Dövlət Universitetinin Bakı filialının məzunlarına diplomlarını təqdim etməsi də nəzərdə tutulub.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs