Əlaqə Arxiv
news Image
2012.07.07
18:41
| A A A
Səhiyyədə çalışanlara “Əməkdar tibb işçisi” adı veriləcək
Prezident İlham Əliyev səhiyyə sahəsində işçilərin əməyini qiymətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Əməkdar tibb işçisi" fəxri adı yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adının döş nişanı və vəsiqəsinin hazırlanmasına olan tələbat, Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adının döş nişanının təsviri və eskizi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Sizin Reklam Yeriniz