Leyla Yunus girovlarla bağlı BMT-yə müraciətə qoşulmadı- ŞOK
Azərbaycanlı hüquq müdafiəçiləri ermənilərin girov
götürdüyü azərbaycanlılarla bağlı BMT-yə müraciət ediblər.
Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə
Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat
verib. Onun sözlərinə görə, müraciətdə BMT-yə işğal olunmuş
torpaqlarla bağlı özünün qəbul etdiyi qətnamələr xatırladılıb.
N. Cəfəroğlu qeyd edib ki, müraciətdə Monitorinq qrupunun
üzvləri qoşulub. Burda diqqət çəkən məqam Sülh və
Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun müraciətə
qoşulmamasıdır. N. Cəfəroğlu bildirib ki, onlar heç kimə təklif
etməyiblər. "Onsuz da bizi yerli-yersiz tənqid edir, təhqir
edirlər. Özləri bilər, qoşularlar, ya yox. Biz öz müraciətimizi
etmişik"-deyə hüquq müdafiəçisi qeyd edib. Azərbaycan
hökumətinə qarşı tənqidləri ilə seçilən L. Yunusun ümumiyyətlə bu
məsələyə mövqe bildirməməsi suallar yaradır. Çünki onunla bağlı
ermənilərlə işbirliyi səpkili xəbərlər tez-tez gündəmə gəlir.
Sonuncu dəfə ermənilərlə təmaslarda ittiham olunan jurnalist Rauf
Mirqədirov işi üzrə də L. Yunus əsas simalardan idi. Onun "xalq
diplomatiyası" adı altında erməni həmkarları ilə müxtəlif layihələr
həyata keçirdiyi faktdır. Buna ən dəqiq nümunə kimi
Ermənistanın hüquq müdafiəçisi Laura Bağdasaryanla birgə
təsis etdikləri www.publicdialogues.info saytını göstərmək
olar.
/publika.az/