Həbsxanaya sellofan paketin içərisində narkotik keçirməyə cəhd
Ədliyyə Nazirliyinin Penitensiar xidmət
əməkdaşları Qobustan Həbsxanasında
sovqatda sellofan paketin içərisində
gizlədilmiş narkotik vasitə aşkarlayıblar. Movqe.az-a
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən
verilən xəbərə görə, Penitensiar xidmət
əməkdaşları tərəfindən həyata
keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan
Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 181.2.5 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan
məhrum edilmiş məhkum Vüsal Saleh oğlu Ataşova xalası oğlu Nurlan
Allahverdi oğlu Nuriyevin gətirdiyi sovqata baxış keçirilən zaman,
konfetlərlə dolu olan sellofan paketin içərisində gizlədilmiş,
xalis çəkisi 10,588 qram olan narkotik vasitə - "Tiryək", 2,90 qram
olan narkotik vasitə - "həşiş", 1,462 qram olan narkotik vasitə -
"heroin" və 1,706 qram olan narkotik vasitə - "kokain" aşkar
edilərək götürülüb. Fakt üzrə
araşdırma aparılır.